📚 Data Analitika — Öyrənməyin təkbaşına olmadığı bir icma.
Data analitikanı öyrənmək üçün düzgün material, məntiqli ardıcıllıq, praktika və suallarını bölüşə biləcəyin insanlar lazımdır. Bu icmanı bunları bir araya gətirmək üçün yaratmışıq.
📖 Kitablar və video dərslər bir-birini tamamlayır. Əvvəl kitablarda mövzunun məntiqini və nəzəri əsaslarını öyrənir, sonra videolarda praktik tətbiqini görürsən.
🧩 Mövzuların sırası və sinif otaqlarının quruluşu təsadüfi deyil. Hər mərhələ əvvəlki biliklərə söykənir, növbəti mərhələyə hazırlayır. Beləliklə, alətləri ayrı-ayrılıqda deyil, bir sistemin hissələri kimi anlayırsan.
🤝 İcma da öyrənmənin bir hissəsidir: sual verir, müzakirə edir, başqalarının yanaşmalarından öyrənirik.
💻 Tapşırıqlar və real data nümunələri ilə nəzəriyyəni sınayırıq.
Məqsədimiz çox dərs bitirmək yox, öyrəndiklərimizi dərindən başa düşüb müstəqil tətbiq etməkdir.