Activity
Mon
Wed
Fri
Sun
Apr
May
Jun
Jul
Aug
Sep
Oct
Nov
Dec
Jan
Feb
Mar
What is this?
Less
More

Owned by Mushvig

FW
Finance with Mushvig.

165 members • Free

Memberships

Skoolers

190.3k members • Free

15 contributions to Finance with Mushvig.
Video Dərs Paketlərinin Mövzuları
Salam hər kəsə. Qısa zamanda aşağıdakı video dərs paketlərinin içində hansı mövzuların olduğunu PDF olaraq bura əlavə edəcəm və mövzularla tanış ola biləcəksiniz. 1️⃣ PRE-IFRS ➡️ Burada 16 video dərs var və 64 Azn-dir. Müxabirləşmələr, Balans, Mənfəət/Zərər və Cash Flow hesabatlarının hazırlanması fundamental səviyyədə izah edilir. 2️⃣Advanced Cash Flow ➡️ Burada 20 video dərs var və 74 Azn-dir. Pul Vəsaitinin Hərəkəti hesabatının hazırlanmasını A-dan Z-yə izah edir. 3️⃣ Advanced IFRS ➡️ Burada 400-dən çox video var və 374 Azn-dir. 35 IFRS standartı ən detallı şəkildə izah edilib. 4️⃣ Ordan-Burdan ➡️ Burada 17 video dərs var və müxtəlif IFRS və maliyyə mövzuları izah edilib. 64 Azn-dir. ACCA və CFA paketləri barədə də məlumat veriləcək. Onu qeyd edim ki, bu dərslərin istənilən birini başqa birinə referans etdiyiniz zaman siz 10% tövsiyyə üçün ödəniş alırsınız. Paketi alan isə sizə görə 20% endirim qazanır. 🤞Let’s Learn and Earn Together!
1 like • 16h
Salam, Aygün xanım. Aktivləşdi😊
HEC Paris-də Öyrəndiyim Maliyyə Qaydası
Mənim qrup yoldaşlarım müxtəlif şirkətlərdə C-level pozisiyalarda olan insanlardır. Bir gün Matthew Menfred (qrup yoldaşım) ilə söhbət zamanı sual verdim ki, sizin şirkətdə CFO qərarı nəyə əsasən verir? Matthew First Solar Amerikan şirkətinin Business Development Direktorudur və şirkətin illik dövriyyəsi 5-6 milyard dollardır. Şirkətin səhmləri həm də Nasdaq fond birjasında ticarət olunur… Mənə cavabı bu oldu ki, istənilən qərar aşağıdakı 3 şeyə eyni anda pozitiv təsir edərsə, CFO qərara okay verir: 1. Mənfəətlilik (profitability) 2. Likvidlik (cash impact) 3. Böyümə (growth)
0 likes • 18h
@Kamala Rzayeva ola bilər. Əsas odur onun nəticəsi likvidliyə necə təsir edəcək?
0 likes • 18h
@Ilgar Abbasov yadıma bayağı da olsa “gör indi qaqan nağarajax” düşdü. Ölçülmüş bir şeydirsə bu addım ola bilər. Amma sadəcə eyforiyadırsa, onda keçmiş olsun)
Necə öyrənirsiniz?
Salam hər kəsə. Dünyada hədsiz sayda kitab, video dərslər, intervyular, kurslar var. Siz də həm dil öyrənmək istəyirsiz, həm öz sahənizdə (Maliyyə, IFRS and Tax) peşəkar olmaq istəyirsiz. Amma sonsuz sayda resurs var. Bunları necə planlayırsız, necə öyrənirsiniz?
II cild "IFRS Gözlüyü" kitabımdan statistik məlumat:
Dünyada şirkətlərinin: 55%-i FIFO 30%-i AVCO 15%-i isə LIFO metodunu istifadə edir.
2 likes • 4d
@Kamala Rzayeva xanım, doğrudur. Buna görə də IAS 2 standartında açıq şəkildə yazılıb ki, bu metodlar eynicinsli və bir-birini əvəzləyə bilən məhsullar üçündür. Məsələn, un satışı. Standart deyir ki, əgər məhsullar həmcins deyilsə, o zaman siz dediyiniz kimi specific identification metodun istifadə edilməsi deyilir. Məsələn, zərgərlik sahəsi, maşın satışları (eynicinsli olmayanlar) vəs.
0 likes • 3d
@Kamala Rzayeva doğrudur, amma standart demir ki, mütləq eynicinslidirsə, FIFO və ya AVCO tətbiq etməliyik. Standart deyir ki, eynicinsli mallara bu metodları tətbiq etmək işi asanlaşdırır. Amma, əgər biz bütün malların ayrı-ayrılıqda costunu biliriksə və hər satışda da elə öz costunu tətbiq etməklə xərcə silmək istəyiriksə, eyvallah)) Vergi Məcəlləsi də (139.4-cü maddə) buradan ilhamlanıb deyir ki, əgər malların fərdi uçotu aparılmırsa, FIFO və AVCO tətbiq olunsun. Fərdi uçot varsa, heç metodlara ehtiyac yoxdur))
📌Qrupun 134 Maliyyə Əjdahasına Günün Sualı…📌
Hamınızı xoş gördük, birlikdə böyüməyə dəstək olduğunuz üçün çox sağolun. 1. Şirkətin kredit götürməsinə və bəzi əməliyyatlarını kreditlə maliyyələşdirməsinə necə baxırsınız? Yaxşı, ya pis? 2. Şirkət rəhbəri sual versə ki, nə qədər kredit götürməliyik? Nəyə baxıb cavab verərsiniz? Konkret rəqəm…
0 likes • 3d
@Matanat Hasanova xanım, maraqlı cavab üçün təşəkkürlər. Sonuncu cümlə maraqlı gəldi, səbəb?))
@Aygun Safarova xanım, təşəkkür edirəm. AAOIFI standartlarında IFRS ilə kəsişən bəzi mövzulara 3-cü və 4-cü cild kitabımda toxunulacaq. Maraqlı mövzuya işıq tutduğunuz üçün sağolun.
1-10 of 15
Mushvig Bayramzadeh
4
11points to level up
@mushvig-bayramzadeh-5472
- HEC Paris Executive MBA/Finance Coach

Active 12h ago
Joined Feb 21, 2026